Bakı-Naxçıvan-Bakı reyslərı dayandırıldı

Bakı-Naxçıvan-Bakı reysinə aviabiletlərin satışı müvəqqəti dayandırılır.
XALQ.AZ xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC (AZAL) məlumat yayıb. 

Məlumata görə, ölkədə epidemioloji vəziyyətin davam etməsi ilə əlaqədar, 7 iyuldan sonrakı tarixlərdə Bakıdan Naxçıvana və geri istiqamətdə reyslərə aviabiletlərin satışı AZAL aviaşirkətinin saytında müvəqqəti olaraq dayandırılır.
Satışın açılması barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.
Qeyd edilir ki, 7 iyul tarixədək olan reyslərə alınan bütün aviabiletlər etibarlıdır, nəzərdə tutulan reyslər cədvəl üzrə yerinə yetiriləcək.
Xatırladırıq ki, Naxçıvana və geri istiqamətdə uçuşlar 18 iyun tarixdən həftədə iki dəfə – ikinci və dördüncü günlər yerinə yetiriləcək.