Bakı polisi nəzarət-profilaktik tədbirləri davam etdirir

306a13b2 d485 33c6 a649 4ee458a7a9bb

Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə paytaxtda iri supermarketlər şəbəkələrində, apteklərdə və fəaliyyətinə icazə verilən digər qapalı məkanlarda, yollarda gücləndirilmiş nəzarət-profilaktik tədbirləri davam etdirilir.

Bakı şəhər BPİ Mətbuat Xidmətindən XALQ.AZ-a verilən məlumata görə, diqqətə çatdırılır ki, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, o cümlədən tibbi maskalardan istifadə etmələri vacibdir. Eləcə də fəaliyyətinə icazə verilən qapalı məkanlarda xidmət personallarından qaydalara əməl etmələri tələb olunur. 

Yoxlamalar zamanı müvafiq icazə olmadan yaşayış yerlərini tərk edənlər, eləcə də tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, o cümlədən tibbi maskalardan istifadə etməyən şəxslər aşkarlandıqda həmin şəxslərə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolu tərtib edilir.

8f32e1de 6541 39fb a4d1 2973c19b0580
e61c87eb 30ea 3c46 92da ef09743882e3
17f50981 b2d2 35ed a9c6 b0a546add812

dbd15d4d f166 3833 9b2f b566809881c4
93ab44ac 3f86 34cd a4f9 9b1088fe9f42

XALQ.AZ