Bakı polisindən XƏBƏRDARLIQ

polis 1

Komendant saatı ilə əlaqədar olaraq Bakıda Post Patrul Xidməti (PPX) avtomobilindən əhaliyə müraciət olunub.

XALQ.AZ-ın məlumatına görə, polis insanları küçələrə çıxmamağa çağırıb: “Əziz həmvətənlər, hərbi vəziyyət rejimi ilə əlaqədar saat 21:00-dan sonra yaşayız yerlərinizi tərk etməməyiniz tələb olunur. Əks halda, qanunun tələb etdiyi qaydada məsuliyyətə cəlb ediləcəksiniz. Müqəddəs borcumuzun yerinə yetirilməsində həmrəylik göstərib dövlət orqanlarına dəstək olun”.