Bakı Qarnizonunda müşavirə

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində 2018-ci ilin yekunlarına dair Bakı Qarnizonunda intizamın vəziyyətinin təhlilinə həsr olunmuş müşavirə keçirilib. 

XALQ.AZ xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, tədbirdə qarnizonda yerləşən hərbi hissələrin komandirləri, xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin rəhbərləri və digər vəzifəli şəxslər iştirak ediblər.

Müşavirədə çıxış edən Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev 2018-ci il ərzində qarnizon ərazisində görülən işlər, əldə olunmuş uğurlar barədə çıxış edib və 2019-cu ildə döyüş hazırlığının yüksəldilməsi, eləcə də təlim-tədris prosesinin lazımi səviyyədə təşkil olunması barədə Müdafiə nazirinin müvafiq tapşırıqlarını vəzifəli şəxslərə çatdırıb.
Orxan