Bakı-Qazax yolunda yük avtomobili aşdı

75

 

Axşam saatlarında Bakı-Qazax yolunun 274-cü kilometrliyində Ağdaş rayonu ərazisində “Mercedes” markalı yük avtomobili aşıb. 

 

“Qafqazinfo” xəbər verir ki, sürücü nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb və xəsarət alıb.

Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə sürücünü avtomobildən çıxarıb.