Bakı şəhər baş polis idarəsinin məlumatı

04

 

 

Oktyabrın 27-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilmişdir.
Saat 16:15-dən 17:15-dək davam edən toplantıda həmin quruma daxil olan AXCP, Müsavat, KXCP, “El Hərəkatı”, eləcə də bir sıra digər müxalifətyönümlü partiyaların, qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 1000 (min) nəfərədək olan üzvləri və təəssübkeşi iştirak etmişdir.İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməmişdir.