Bakı Sərnişin Stansiyasının rəisi vəfat edib

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Bakı Sərnişin Stansiyasının rəisi Nizaməddin Eminov 9 yaşında dünyasını dəyişib vəfat edib.

XALQ.AZ xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin “Facebook” səhifəsində məlumat yerləşdirilib.

Məlumatda qeyd olunub ki, N.Eminov bir neçə gün bundan əvvəl bağırsağından əməliyyat olunub. Amma ötən gün axşam onun səhhəti pisləşib və dünyasını dəyişib.

Nizaməddin Cahangir oğlu Eminov 17 aprel 1959-cu ildə Qazax rayonunda anadan olub. 1984-cü ildə Postov Dəmir Yolu İnstitutunun “Dəmir Yollarının istismarı” fakültəsini bitirib. O, əmək fəaliyyətinə 1976-cı ildə Bakı vaqon deposunda fəhlə kimi başlayıb və hərbi xidmətini başa vurandan sonra taleyini əbədi olaraq bu sahəyə bağlayıb.

Nizaməddin Eminov sonralar Bakı vaqon deposunda istehsalat ustası, Biləcəri stansiyasında post və stansiya növbətçisi, HİK sədri, stansiya rəisi, Sumqayıt stansiyasının rəisi, Şirvan-çeşidləmə stansiyasının rəisi və 2005-ci ildən bu günə kimi Bakı-sərnişin stansiyasının rəisi olub.

Nizaməddin Eminov çalışdığı bütün vəzifələrdə ona tapşırılan işin öhdəsindən hər zaman layiqincə gəlib. Onun əməyi rəhbərlik tərəfindən daim yüksək qiymətləndirilib və “Fəxri dəmiryolçu” döş nişanı ilə təltif olunub.

Allah rəhmət eləsin.

 

 

Orxan