“Bakı” satışa çıxarıldı

 

26

“Bakı” klubunun ağır günlər keçirməsi artıq heç kimə sirr deyil.

Xalq.az  xəbər verir ki, Stadium.az saytı bununla bağlı daha bir maraqlı xəbər əldə edib. Məlumata görə, rəhbərlik klubun Biləcəri qəsəbəsində yerləşən bazasın satışa çıxardıb. Qiymət isə 80 milyon dollardır. Hətta mənbənin sözlərinə görə, “Bakı” klubunun təlim məşq bazası bütövlükdə “Xəzər Lənkəran” klubuna da təklif edilib.

Qeyd edək ki, son günlər tanınmış iş adamı Hafiz Məmmədovun biznesinə daxil olan şirkətlərdə çöküş prosesi müşahidə olunur. Bir neçə gün əvvəl iş adamının sahib olduğu “Bank of Azerbaijan” da əlindən alınıb. Bakı klubunun isə de-fakto süqut etdiyi bildirilir.