Bakı xəstəxanasında dəhşət

asdi

Ötən gün saat 11 radələrində Bakının Sabunçu rayonu ərazisində intihar hadisəsi qeydə alınıb. Sabunçu rayon Polis İdarəsi 14-cü polis bölməsindən Xalq.az-a verilən məlumata görə, Maştağa qəsəbəsində yerləşən Respublika 1 saylı Ruhi Əsəb Xəstəxanasında müalicə olunan 29 yaşlı xəstə özünü asıb.

Belə ki, Lerik rayon sakini, 1985-ci il təvəllüdlü Asəf Ziyad oğlu Cəbrayılov tək adamlıq palatada özünü iplə dəmir barmaqlıqdan asıb.

Onun nə səbəbdən özünü öldürməsi isə hələlik qaranlıq qalır.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.