Bakıda ər-arvad özünü yandırdı

103

Bakının Səbail rayonu ərazisində iki nəfər özünü yandırıb. Hüquq-mühafizə orqanalrından verilən məlumata görə, hadisə Prezidenti Administrasiyasının yaxınlığında baş verib.

Özünü yandıranlardan biri qadın, digəri kişi olub. Qadının Jalə Camal qızı Salamova olduğu müəyyən edilib. Lakin kişinin kimliyi hələlik məlum deyil.

Verilən məlumata görə, onlar ərlə arvaddır. Hadisənin hansı səbəbdən baş verməsi barədə isə açıqlama verilmir.

Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.