Bakıda ər arvadını öldürdü

08

 

Binəqədi rayonunda qətl hadisəsi törədilmişdir.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Binəqədi rayonunun ərazisində bıçaqla qətlə yetirilmiş Şuşa şəhər sakini Aygül Hüseynovanın meyiti tapılmışdır.Hadisəni törətmiş A.Hüseynovanın əri, əvvəllər məhkum olunmuş Nəsir Hüseynov Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşdur.Faktla bağlı cinayət işi açılmışdır, araşdırmalar davam etdirilir.