Bakıda 16 yaşlı qız hamilə qaldı – Sığınacağa yerləşdirildi – FOTO

Bu gün Bakıda 7 aylıq hamilə olan yetkinlik yaşına çatmayan qız sığınacağa yerləşdirilib.

XALQ.AZ xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Kəmalə Ağazadə məlumat verib. O qeyd edib ki, hamilə qalarkən qızın 16 yaşı olub.

Kəmalə Ağazadəəlavə edib: “Qız bu gündən sığınacağımızdadır, material istintaqa verilib. Anası sual verir:

-Qızım,evdən bir istəyəcəyin var?

– Mama,kuklalarımı heç kimə vermə…”

Ananın günahı isə heç də az deyil…Cahillik, mental dəyər…uşaqla, kuklanın fərqini belə anlamayan, “ana” olmağa hazırlığı olmayan bir qızcığazla qarşı-qarşıyayıq”.