Bakıda 19 yaşlı tələbədən riskli hərəkətlər-Video

Hündür binalardan birinin damına çıxan gənc akrobatik hərəkətlə digər binanın damına tullanıb.

XALQ.AZ “Xəzər” TV-yə istinadən xəbər verir ki, həmin gənc paytaxt sakini 19 yaşlı, III kurs tələbəsi Fərid Hüseynovdur.

O, hündür binaların birinin damından digərinə olan dörd metrlik məsafəni akrobatik hərəkətlə keçir.

Fərid Hüseynov etdiyi riskli hərəkətləri başqalarına tövsiyə etmir. Bu hərəkətlər üçün əzmlə, uzun müddət məşq etməyə ehtiyac olduğunu deyir.

F.Hüseynov qeyd edir ki, məqsədinin gələcəkdə bu idman növü üzrə Azərbaycanı yarışlarda təmsil etməkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.