Bakıda 2 avtobus dəhşətli qəza törətdi (FOTO)

Qeza-1

Bu saatlarda Bakıda iki sərnişin avtobusu toqquşub. Hadisə şahidlərinin verdiyi məlumata görə, hadisə Qara Qarayev metrosunun yaxınlığında, “Ruslan” marketin qarşısında qeydə alınıb.

Belə ki, Elmar Əliyevin idarə etdiyi “Daewoo” markalı, 10 TF 536 dövlət nömrə nişanlı avtobus 1 saylı xətt üzrə hərəkətdə 36 saylı sərnişin avtobusu ilə toqquşub. 1 saylı avtobus qarşıda dayanan “VAZ-2107” markalı, 10 LS 887 dövlət nömrə nişanlı avtomobilə çırpılıb.

Elmar Əliyevin sözlərinə görə, qəzanın baş verməsinə səbəb qarşıda dayanan minik maşınının qəfil əyləcə basması olub.

Hadisə şahidləri isə günahı avtobus sürücüsündə görür. Onların sözlərinə görə, qəza nəticəsində avtobusda olan bir neçə sərnişin xəsarət alıb. Sərnişinlərdən bir qızın başı partlayıb.

Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Qeza-1