Bakıda 4 nəfər intihara cəhd edib

25

 

 

Bakı şəhəri, Binəqədi rayonunda 4 nəfər, o cümlədən 2 azyaşlı intihara cəhd edib. Xalq.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, dərhal hadisə yerinə nazirliyin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən müəyyən olunub ki, həmin şəxslər özlərini tikilməkdə olan yeddimərtəbəli yaşayış binasının 6-cı mərtəbəsindən atmaq niyyətindədirlər.Xilasedicilər onlarla müvafiq söhbətlər aparıb və bu zaman yaranmış əlverişli şəraitdən istifadə edərək intihara cəhdin qarşısını alıblar. İntihara cəhd edən şəxslər aidiyyəti üzrə təhvil veriliblər.