Bakıda 7 avtomobil qarət edildi

1

Yasamal rayonunda kütləvi oğurluq hadisəsi baş verib. Yasamal rayonu Əhməd Cəmil küçəsinin sakinlərinin verdiyi məlumata görə, yaşadıqları binanın qarşısında park etdikləri 7 avtomobildən oğurluq edilib.

Belə ki, asan yolla pul qazanmaq istəyənlər gecə saatlarında 7 maşının pəncərələrini sındıraraq avtomobilin içərisindən müəyyən məbləğdə pul və sənədlər götürüblər. Sakinlər avtomobillərinin düşdüyü vəziyyəti səhər saatlarında işə getməyə hazırlaşarkən görüblər.

Zərərçəkənlərdən biri Bağırzadə Ülvinin sözlərinə görə təkcə onun avtomobilindən bir sıra sənədlər və 400 manat pul oğurlanıb. Digər zərəçəkən Şirinov Xətainin isə 300 manat pulunu, maşının sənədlərini və pul kartını oğurlayıblar.

Oğurluq hadisəsi ilə bağlı sakinlər Yasamal rayonu 28-ci polis bölməsinə şikayət ərizəsi ilə müraciət ediblər.