media-bak-daa

Bu gün paytaxtın mərkəzində ağır yol qəzası baş verib.

XALQ.AZ-ın məlumatına görə, Heydər Əliyev prospektinin “Bağırov” körpüsündən keçən hissəsində “BYD” markalı avtomobil kənar yoldan çıxaraq maneəni dağıdıb və tunel istiqamətinə aşıb.

Nəticədə avtomobil “Ford” markalı maşının üstünə düşərək onu aşırıb, həmçinin öz yolu ilə hərəkətdə olan bir neçə avtomobilə də ziyan dəyib.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib ki, Heydər Əliyev prospekti ilə Ələsgər Qayıbov küçəsinin kəsişməsində baş verən qəza nəticəsində həm mərkəz, həm də metronun “Koroğlu” stansiyası istiqamətində nəqliyyat sıxlığı yaranıb.

Hazırda polis əməkdaşları hadisə yerindədir və sıxlığın qısa zamanda aradan qaldırılması üçün tədbirlər görülür.

***

NİİM-dən bildirilib ki, polisin gördüyü çevik tədbirlər nəticəsində digər sürücülərin təhlükəsizliyi təmin edilib, qəzada iştirak edən nəqliyyat vasitələrinin yoldan kənarlaşdırılması işləri görülərək, yaranan nəqliyyat sıxlığı aradan qaldırılıb.

****

Nizami rayonu, Heydər Əliyev prospekti ərazisindən yol-nəqliyyat hadisəsi baş verməsi səbəbilə Sabunçu Tibb Mərkəzinə bu gün saat 15:10 radələrində 2 nəfər (1 kişi cinsli, 1 qadın cinsli) hospitalizasiya olunub.

TƏBİB-dən məlumat verilib ki:

Döş qəfəsinin əziyi diaqnozu təyin edilən 1976-cı il təvəllüdlü (qadın cinsli) şəxsə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş olan şəxs ambulator müalicə üçün evə buraxılıb.

1974-cü il təvəllüdlü (kişi cinsli) şəxsə sol dizin kəsilmiş yarası diaqnozu təyin edilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir.

media-10 media-11media-bak-daa


media-ads728x90

Bənzər xəbərlər