Bakıda ağırçəkili şəxs çarpayıdan yıxıldı, FHN-i köməyə çağırdılar

Bakıda çarpayıdan yıxılan ağırçəkili vətəndaşı xilasedicilər qaldıra bilib. 

XALQ.AZ xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda ağırçəkili 1 nəfərin yaşadığı mənzildə çarpayıdan yıxılaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən vətəndaşa müvafiq köməklik göstərilib.

XALQ.AZ