Bakıda AŞPA komitəsinin iclası keçirilir

 

Milli Meclis azvision.az

Bakıda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə Komitəsinin iclası başlayıb.XALQ.AZ-ın məlumatına görə, Milli Məclisdə keçirilən iclasın açılış mərasimində komitənin sədri, deputat Sahibə Qafarova gündəlik barədə məlumat verib.

Bildirib ki, komitənin iclasında bir sıra ölkələrdən millət vəkilləri iştirak edir.

Milli Məclisin vitse-spikeri Valeh Ələsgərov qonaqları salamlayaraq bildirib ki, AŞPA-dan Bakıya böyük nümayəndə heyətinin gəlməsi və bu iclasın keçirilməsi münasibətlərimizin gələcək inkişafı üçün mühüm töhfədir. Vitse-spikerin sözlərinə görə, yaxın günlərdə AŞPA-nın Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf komitəsinin iclası da Bakıda keçiriləcək. O bildirib ki, Azərbaycan 17 ildir ki, AŞPA-nın tam hüquqlu üzvüdür və qurumla sıx əməkdaşlıq edir: “Azərbaycan Milli Məclisi bundan sonra da münasibətlərin hərtərəfli inkişafında maraqlıdır. Lakin bu əməkdaşlıq qarşılıqlı hörmətə və hər iki tərəfin maraqlarına cavab verməlidir. Bu komitə bizim üçün xüsusi önəmlidir. Çünki Azərbaycan müstəqilliyini qazandıqdan sonra qaçqın və məcburi köçkün problemləri ilə qarşılaşıb. Torpaqlarımızın 20 faizi işğal altındadır, 10 milyon əhalisi olan ölkəmizdə 1 milyon qaçqın və məcburi köçkün var”.

V.Ələsgərov əlavə edib ki, Avropa İttifaqı Suriya, İraq və digər ölkələrdən olan 2 milyon qaçqın probleminin həllinə nail ola bilməyib. Azərbaycan isə təkbaşına bu problemin həlli ilə məşğuldur: “Azərbaycanın bu problemlə üzləşməsinin səbəbi işğalçılıq siyasəti, dinc əhalinin etnik təmizləməyə məruz qalması və  beynəlxalq ictimaiyyətin ikili yanaşmasıdır. Beynəlxalq ictimaiyyət bu məsələdə ədalətli mövqe tutsaydı, post sovet ölkələrində belə problemlər olmazdı”.

O bildirb ki, bu gün dünya qaçqınlarla bağlı ciddi çağrışlarla üzləşib və bu işdə AŞPA komitəsinin üzərinə ciddi məsuliyyət düşür: “Mən komitəni bu problemlə bağlı qəti addımlar atmağa çağırıram