Bakıda avtobus qəzası: 6 nəfər yaralandı

Bakıda marşrut avtobusu qəzaya uğrayıb.

XALQ.AZ xəbər verir ki, hadisə Suraxanı rayonu, “Əfsun” şadlıq sarayının yanında qeydə alınıb.

Səhiyyə Nazirliyindən bildirilib ki, 104 saylı marşrut avtobusunun qəzaya uğraması barədə məlumat təcili yardıma saat 08:45-də daxil olub. Hadisə yerinə 4 təcili tibbi yardım avtomobili gedib. Qəza nəticəsində ikisi azyaşlı olmaqla 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər. Onlara lazım olan yardım göstərilib müalicələri davam edir.

Faktla bağlı araşdışma aparılır.

XALQ.AZ

29.99 ₼ -dan başlayan qiymətlərlə
* Intel Core i3-2100 3.1GHz 2c
* 1x 500GB SATA və ya 1x 120GB SSD Disk Həcmi
* 4GB DDR3 RAM
* 50TB Trafik
* 100Mbit/s Sürət
Ətraflı məlumat üçün daxil olun:
https://hostimul.com/az/fiziki-server/