Bakıda avtobus qəzası: yaralılar var

Bakı şəhəri, Zığ yolunda avtobus qəzası baş verib.
XALQ.AZ xəbər verir ki, 104 saylı marşrut avtobusunun evakuatorla toqquşması nəticəsində 4 qadın xəsarət alıb.
Onlar təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.
43 və 34 yaşlı qadınlar Sabunçu xəstəxanasına, 50 yaşlı qadın 1 saylı Kliniki Tibbi Mərkəzə, 35 yaşlı qadın isə Neyrocərrahiyyə xəstəxanasına aparılıb.
Yaralıların hər birinə bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozu qoyulub.

Yeganə


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.