Bakıda avtobus qəzası: Jurnalist xəsarət aldı

Bakıda marşrut avrobusu qəzaya düşüb.

XALQ.AZ xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu ərazisində, metronun “28 May” stansiyası yaxınlığında, Səməd Vurğun bağının yaxınlığında baş verib.
Axşam saatlarında 32 saylı xətt üzrə hərəkət edən marşrut avtobus eyni istiqamətdə hərəkətdə olan evakuatorla toqquşub. Hadisə nəticəsində avtobusda olan sərninlərdən bir neçəsi xəsarət alıb.Yaralılar paytaxtda yerləşən xəstəxanalardan birinə aparılıb.
Xəsarət alanlar arasında Xəzər televiziyasının redaktoru Zakirə Zakirqızı da var. O, kelle-beyin travmasi alib, dişləri tökülüb.
Faktla bağlı araşdırma aparılır.
Orxan