Bakıda avtomobil qaçıranlar həbs edildi

48

 

Bakıda avtomobil oğurlayan şəxslər tutulub. Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Suraxanı rayon Polis İdarəsinin 30-cu polis bölməsinin keçirdiyi əməliyyat tədbiri nəticəsində avtomobil qaçırmaqda və oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri – Aydın Ağayev və Babək Əhmədov tutulublar.

Məlum olub ki, onlar oktyabrın 24-nə keçən gecə, Hövsan qəsəbəsi Şahsuvarov küçəsində Rahib Həsənova məxsus “VAZ-2107”, noyabrın 21-nə kecən gecə isə Ş.Ziyadov küçəsində Rafiq Əliyevə məxsus “Ford-Tranzit” markalı avtomobilləri qaçırıblar.

Bundan başqa oktyabrın 29-da Hövsan qəsəbəsi E.Qasımov küçəsində Elçin Məmmədova məxsus “VAZ-21011” markalı avtomobildən şəxsiyyət vəsiqəsi, noyabrın 15-nə keçən gecə isə Hövsan qəsəbəsi 12/13-cü məhəllədə Etibar Əliyarova məxsus “VAZ-2107” markalı avtomobildən pul oğurlayıblar.