Bakıda avtomobil yolları pullu olacaq

47

 

 

Nəqliyyat Nazirliyi Azərbaycanda avtomobil yollarının ödənişli olması ilə bağlı şərtlərini açıqlayıb.

Nazirlik yanında “Azəryolservis” ASC-nin sədri Cavid Qurbanov bildirib ki, bu məsələnin reallaşması üçün ilk növbədə alternativ yollar olmalıdır. Onun sözlərinə görə, ölkədə ödənişli yollar haqqında qanun qəbul edilib, hüquqi baza yaradılıb, lakin həmin sənədin yerinə yetirilməsi üzrə hazırlıq işləri hələ başa çatmayıb.

Cavid Qurbanov həmçinin qeyd edib ki, dünya təcrübəsində ödənişli yollar özəl sektorun və yaxud dövlətin qismən iştirakı ilə yaradılır. ASC sədrinin fikrincə, ödənişli yolların yaradılması üzrə pilot layihə kimi Bakı üçüncü dairəvi yolunda zolaqlarının sayının artırılması və genişləndirilməsi hesabına həyata keçirilə bilər.