Bakıda baş redaktor qarət olundu

Yazi

 

Hadisə Xətai rayonu, Məhəmməd Hadi küçəsi 4 ünvanında yerləşən gözəllik salonlarının birində qeydə alınıb.

XALQ.AZ salamnews-a istinadən verdiyi məlumata görə, “ModaManiya” jurnalının baş redaktoru olan Pərvin Bağırova ərazi üzrə Xətai Rayon Polis İdarəsinin 34-cü polis bölməsinə ərizə ilə müraciət edərək gözəllik salonunda divanın üzərinə qoyduğu pul kisəsinin oğurlandığını bildirib. Xanım jurnalistin sözlərinə görə, kisədə 200 manat pul, Asan imza kartı, bank kartları və digər sənədlər olub.

Oğurluq faktı ilə bağlı 34-cü polis bölməsində təhqiqat araşdırmalarına başlanılıb. Bölmədən bildirdilər ki, hələlik saxlanılan şəxs yoxdur, ancaq bu istiqamətdə intensiv əməliyyat-axtarış tədbirləri davam etdirilir, kamera görüntüləri nəzərdən keçirilir.

Qeyd edək ki, zərərçəkmiş Pərvin Bağırova İtaliyanın “İstituto di Moda Burgo” universitetinin məzunu, “M Fashion School” məktəbinin yaradıcı-təsisçisi və “Modamaniya” online dəb jurnalının təsisçi, baş redaktorudur.