Bakıda benzin istehsalı azalıb

Bu ilin yanvar-fevral aylarında neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 433,3 milyon manat olub.

XALQ,AZ xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sabit qiymətlərlə 1,0 faiz azalıb.

Neft məhsullarından avtomobil benzininin istehsalı 0,2 faiz, ağ neftin istehsalı 15,7 faiz, yanacaq mazutunun istehsalı 91,4 faiz, sürtkü yağlarının istehsalı 16,7 faiz azalıb.

Dizel yanacağının, neft-kimya sənayesində istifadə üçün benzinin, neft bitumunun və neft koksunun istehsalı artıb.

Ümumilikdə hesabat dövründə 209,6 ton avtomobil benzini, 328,3 min ton dizel yanacağı istehsal edilib.

Elgün


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.