Bakıda bu küçələrdə işıqforlar işləmir

Gecə saatlarında müşahidə edilən yağışla əlaqədar olaraq paytaxt ərazisindəki bəzi yol kəsişmələrindəki işıqforların işində problemlər yaranıb.



Bakı Nəqliyyat Agentliyindən  verilən məlumata gpörə, hazırda 9 küçə və prospekt kəsişməsində işıqforlar işləmir.
1. H.Zərdabi küçəsi-A.Abbasov küçəsi 
2. Azadlıq prospekti-N.Gəncəvi küçəsi 
3. 28 may küçəsi-A.Puşkin küçəsi 
4. A.Puşkin-Ə.Xəqani küçəsi 
5. Azadlıq prospekti-Y.V.Çəmənzəminli küçəsi 
6. Azadlıq prospekti-M.Araz küçəsi 
7. M.K.Atatürk prospekti-M.Araz küçəsi 
8. Azadlıq prospekti-M.Mirqasımov küçəsi 
9. Ş.İ.Xətai prospekti-N.Quliyev küçəsi 

İşıqforların fəaliyyətinin bərpa edilməsi istiqamətində iş aparılır. Sürücülərdən svetoforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur.