Bakıda daha bir məşhur hoteldə karantin qaydaları pozuldu – VİDEO

Paytaxda fəaliyyət göstərən daha bir məşhur hoteldə karantin qaydaları pozulub.

XALQ.AZ xəbər verir ki, “Hyatt Regency Baku” hotelində lentə alınmış görüntülər sosial şəbəkələrdə yayılıb.

Görüntülərdə bir qrup insanın karantin rejimi qaydalarına əməl etməyərək hövuz kənarında istirahət etdiyi əks olunub.

Qeyd edək ki, dünən “Fairmont Baku” hotelində də pozulması ilə bağlı görüntülər paylaşılmışdı. Polis həmin şəxsləri saxlamışdı.

XALQ.AZ