Bakıda daha iki DOST mərkəzi açılacaq

Bakıda daha iki DOST mərkəzi açılacaq.

XALQ.AZ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) mətbuat katibi Şahin Əliyev bildirib.

Onun sözlərinə görə, mərkəzlərin Nizami və Xəzər rayonlarında açılacağı gözlənilir: “Mərkəzlərin dekabrda fəaliyyətə başlaması nəzərdə tutulub”.