Bakıda Elektron Ticarət Forumu keçiriləcək

Bakıda keçiriləcək “InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində 21-22 oktyabr 2019-cu il tarixlərində 2-ci “Bakı Elekton Ticarət Forumu” (BEF-2019) təşkil olunacaq.

XALQ.AZ xəbər verir ki, forumda beynəlxalq təşkilatların, dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri, mikro, kiçik və orta sahibkarlar, investorlar, ekspertlər, startaplar iştirak edəcəklər.

Tədbir çərçivəsində elektron ticarətin müxtəlif istiqamətləri üzrə sessiyalar keçiriləcək.

İki gün davam edəcək forumda e-ticarət sahəsində liderlər, tanınmış e-ticarət və onlayn ödəniş platformalarının mütəxəssisləri, ekspertlər bir araya gələcək və bu istiqamətdə son trendlər, müsbət təcrübələr müzakirə olunacaq.