Bakıda ev sahibi yanaraq öldü

Yangin-1

Bu gecə Bakıda yanğın hadisəsi meydana gəlib.

XALQ.AZ-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumatına görə, Sabunçu rayonunda ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 30 kv.m sahədə yanıb.

Yanğın zamanı ev sahibi 1980-cı il təvəllüdlü Samir Ələhməd oğlu Əliyev də yanaraq dünyasını dəyişib. Yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən ev sahibinin cəsədi aşkar edilib.

Yanğın saat 02:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.