Bakıda gecə klubunda bıçaqlanma

 

9

Paytaxtda gecə klubunda bir nəfəri qətlə yetirib hadisə yerindən qaçmış şəxs tutulmuşdur

Xəbər verdiyimiz kimi, oktyabrın 18-də Binəqədi rayonunun ərazisindəki “Magic” gecə klubunda naməlum şəxs mübahisə zəminində Bakı şəhər sakini Səttar Məmmədzadəyə bıçaqla ürək nahiyəsində xəsarət yetirərək hadisə yerindən qaçmışdır.Yaralı xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmamışdır.Araşdırmalar zamanı hadisənin Bakı şəhər sakini Ənvər Həsənov tərəfindən törədilməsi müəyyən edilmişdir.Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Binəqədi Rayon Polis İdarəsinin 5-ci bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Ənvər Həsənov tutulmuşdur.Faktla əlaqədar cinayət işi açılmışdır, araşdırmalar davam etdirilir.