Bakıda hansı yollarda tıxac var?

Bu gün səhər saatlarından yağışın yağması ilə əlaqədar Bakının bir çox küçə və prospektlərində ciddi tıxac müşahidə olunur.

XALQ.AZ xəbər verir ki, hazırda Qara Qarayev prospekti (Neftçilər dairəsində “Koroğlu” metrostansiyası istiqamətində), Babək prospekti, Hava limanı – Heydər Əliyev prospekti, Yusif Səfərov küçəsi, Nobel prospektində ciddi tıxac var.

20 Yanvar dairəsi və Tiflis prospektində də sıxlıq müşahidə edilir.

XALQ.AZ