Bakıda iki nəfəri tok vurdu

 

8

Bakıda iki nəfər bədbəxt hadisə nəticəsində ölüb. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, oktyabrın 25-də Xəzər rayonu Mərdəkan qəsəbəsinin ərazisindəki daş karxanasında orada gözətçi işləyən, Sabirabad rayon sakini Sahib Həsənov elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.

Bundan başqa Yasamal rayonu Z. Xəlilov küçəsində yaşayan Natiq Rəfiyev yaşadığı binanın 3-cü mərtəbəsindən, eyvandan yıxılaraq ölüb.