Bakıda iki yeni vəkil bürosu təsis ediləcək

Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

VK-dan bilsirilib ki, iclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov iclas iştirakçılarına Kollegiyanın cari fəaliyyəti, Azərbaycan vəkilliyinin 100 illiyi ilə bağlı keçirilən tədbirlər və ölkə üzrə vəkil qurumlarının fəaliyyətinin optimallaşdırılmasının zərurəti barədə məlumat verib.

Daha sonra vəkillərin başqa vəkil qurumuna keçmək, bir sıra vəkillərin mükafatlandırılması ilə bağlı məsələlərə baxılıb, bundan başqa, Bakı şəhəri 28 və 29 saylı vəkil bürolarının təsis edilməsi ilə bağlı müraciətlərə baxılaraq müsbət qərar verilib.

Bundan əlavə, iclasda “ABŞ Təhsilli Azərbaycan Məzunları” İctimai Birliyinin ölkədə keçirilməsi nəzərdə tutulan “Jessup” Beynəlxalq Məhkəmə Müsabiqəsinə sponsorluq edilməsi barədə müraciətinə baxılıb, VK-nın qeyd olunan müsabiqəyə maliyyə dəstəyi göstərməsi qərara alınıb.

İclas çərçivəsində bir sıra intizam məsələlərinə baxılıb, müvafiq qərarlar qəbul edilib.

Sonda Vəkillər Kollegiyasının fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.

29.99 ₼ -dan başlayan qiymətlərlə
* Intel Core i3-2100 3.1GHz 2c
* 1x 500GB SATA və ya 1x 120GB SSD Disk Həcmi
* 4GB DDR3 RAM
* 50TB Trafik
* 100Mbit/s Sürət
Ətraflı məlumat üçün daxil olun:
https://hostimul.com/az/fiziki-server/