Bakıda intihara cəhd tıxac yaratdı – VİDEO

Heydər Əliyev prospektində intihar məqsədi ilə yol ötürücüsünün üstünə çıxan şəxs xilas edilib.

XALQ.AZ xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə cəlb olunaraq, həmin şəxslə söhbət ediblər.

Bundan sonra intihar etmək istəyən şəxs fikrindən yayınıb və yol ötürücüsünün üstündən endirilib.

****

Hazırda Heydər Əliyev prospekti Böyük Şor qovşağında və şəhər istiqamətində tıxac var.

Tıxac Heydər Əliyev prospektinin “Atəşgah” dairəsindən Böyük Şor qovşağı da daxil olmaqla, hissəsində müşahidə edilir.

“Tıxacın yaranmasına səbəb bir nəfər şəxsin intihar məqsədilə yol ötürücüsünün üstünə çıxmasıdır”, – deyə məlumatda vurğulanıb.

 

Orxan