Bakıda keçiriləcək dünya çempionatının təqvimi

XALQ.AZ xəbər verir ki, Sentyabrın 20-də Bakıdakı Milli Gimnastika Arenasında start götürəcək cüdo üzrə dünya çempionatının təqvimi dəqiqləşib.
Nüfuzlu yarışın püşkü sentyabrın 19-da “Hilton Hotel”də atılacaq. Açılış mərasimi isə sentyabrın 21-nə təyin olunub. Məşhur italiyalı müğənni Al Banonun qatılacağı və xüsusi açılış proqramı ilə müşayiət olunacaq tədbir saat 14:00-da başlanacaq.

Bütün yarış günlərində fərdi görüşlər saat 10:00-da, final görüşləri isə saat 16:00 start götürəcək. Yalnız son günə – sentyabrın 27-nə təsadüf edəcək qarışıq komanda yarışlarının startı saat 9:00-a təyin olunub.

19 sentyabr
14:00. Fərdi və komanda yarışlarının püşkatması

20 sentyabr
Qadınlar 48 kq / Kişilər 60 kq
10:00. İlkin görüşlər
16:00. Final görüşləri

21 sentyabr
Qadınlar 52 kq / Kişilər 66 kq
10:00. İlkin görüşlər
14:00. Açılış mərasimi
16:00. Final görüşləri

22 sentyabr
Qadınlar 57 kq / Kişilər 73 kq
10:00. İlkin görüşlər
16:00. Final görüşləri

23 sentyabr
Qadınlar 63 kq / Kişilər 81 kq
10:00. İlkin görüşlər
16:00. Final görüşləri

24 sentyabr
Qadınlar 70 kq / Kişilər 90 kq
10:00. İlkin görüşlər
16:00. Final görüşləri

25 sentyabr
Qadınlar 78 kq / Kişilər 100 kq
10:00. İlkin görüşlər
16:00. Final görüşləri

26 sentyabr
Qadınlar +78 kq / Kişilər +100 kq
10:00. İlkin görüşlər
16:00. Final görüşləri

27 sentyabr
09:00. Qarışıq komanda yarışları

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.