Bakıda kişi qonşusunun qapısına gecələr “qurd yağı” sürtür-Video

Bakıda orta yaşlarında olan kişinin əməli görənləri dəhşətə gətirib. 
XALQ.AZ xəbər verir ki, göndərilən görüntülərdə, gecə saatlarında market olaraq fəaliyyət göstərən obyektin qapısına yaxınlaşan şəxs qapılara mənşəyi bilinməyən yağ sürtür.
Videonu redaksiyamıza göndərən şəxs iddia edir ki, həmin kişinin əlindəki qurd yağıdır və o bilərək onun mağazasının qapısına həmin yağı sürtür.
Görüntülərdən də göründüyü kimi, bu əməlini törədən kişi heçnə olmamış kimi ərazidən uzaqlaşır.

Orxan