Bakıda mərmi aşkarlanıb

95

Bakıda döyüş sursatı aşkarlanıb. Xalq.az -ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, döyüş sursatı paytaxtın Yasamal rayonunda aşkarlanıb. Dərhal FHN-in müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Əraziyə baxış keçirilərkən müəyyən olmuşdur ki, 1 ədəd 82 millimetrlik mina atan mərmi döyüş tətbiqinə tam yararlıdır. Nazirliyin xilasediciləri və mütəxəssisləri aşkarlanmış sursatı ərazidən uzaqlaşdıraraq zərərsizləşdiriblər. Əməliyyat saat 20:23-də başa çatıb.