Bakıda maşın tikilinin özülünə girdi: ölən var

Olum=3

Bakıda avtomaşın yeni tikilinin özülünə düşüb.

Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Zaur Nəzərovun idarə etdiyi “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq yeni tikilinin özülünə düşüb.

Qəza nəticəsində Z.Nəzərov hadisə yerində ölüb, sərnişinləri – 1992-ci il təvəllüdlü Vüqar Məhərrəmov və 1987-ci il təvəllüdlü Elman Musayev xəsarətlə 3 saylı Şəhər Klinik Xəstəxanasına daxil olub və yardım alaraq evə buraxılıblar.