Bakıda nəhəng enerji obyekti tikilir

Baki

Bakının Xətai rayonundaki Həzi Aslanov qəsəbəsində yeni qapalı tipli yarımstansiya tikilir.

XALQ.AZ-ın “Bakıelektrikşəbəkə” ASC-nin rəsmi saytına istinadən məlumat verir ki, köhnə yarımstansiya sökülüb və onun yerində gücü 110/35/6 kilovat olan müasir yarımstansiya tikilir.

İki ədəd 40 meqavatlıq transformatorun quraşdırılması nəzərdə tutulur.

Yeni yarımstansiya iki mərtəbədən ibarət olacaq.