Bakıda Nazarbayevə Türk Dünyasının Ali Ordeni verildi

Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Türk dünyasının Ali Ordeni”ni Qazaxıstan Respublikasının birinci Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəxri sədri Nursultan Nazarbayevə təqdim edib.

XALQ.AZ xəbər verir ki, artıq VII Zirvə Görüşünə yekun vurulub.