Bakıda nişanlı qızı qaçırdılar

 

74

7 həftədir tamaşaçılar tərəfindən izlənmə sayına görə rəsmi reytinq göstəricilərində birinci olan “Toy gecəsi” bədii televiziya serialının 8-ci bölümündə də bir sıra nəfəs kəsən hadisələr baş verir.

Beləki, Aslan reanimasiya otağında olan qardaşı Cəlillə görüşməyə müvəffəq olur və onu boğmağa cəhd edir. Bu zaman qardaşı onun əllərindən tutaraq xillas olmağa çalışır. İki qardaş arasında amansız mübarizə başlayır…

Zərifəylə Aygün toy gecəsi Toğrulun Aygünün keçmiş qaynı Cavid tərəfindən qətlə yetirildiyindən ilk dəfə aparıcı Mətanət xanımın təqdimatında təqdim olunan “ATV olay” verilişindən xəbər tuturlar. Əgər bu ana qədər baş verənlərə görə Aygün Zərifəni qınayırdısa, bu xəbərdən sonra Zərifə qızına hücuma keçir. Tanınmış sənətçi Namiq Qaraçuxurlunun canlandırdığı Murad Qəhrəmanov rəhbərlik etdiyi holdinqə daxil olan zavodlardan birində yeyinti halları aşkarlayır və bunu yoxlamağı köməkçisi Zaura tapşırır. Əslində, bütün bu qanunsuzluqların başında məhz Zaur dayanır. Digər tərəfdən isə yararsız torpaq sahəsinin alq-satqı müqaviləsini Murada imzalatdıra bilməyən Zaurun həyatı və karyerası tükdən asılı vəziyyətə düşür. Olayların pik səviyyəsinə çatdığı bu məqamda Murad Qəhrəmanovun nişanlısı Aydanı oğurlayırlar…

Bütün bu hadisələrin təfərrüatlarını bilmək istəyirsinizsə, “Toy gecəsi” bədii televiziya serialının 8-ci bölümünü bu gün axşam saat 19.00-da ATV kanalında izləməyi unutmayın.