Bakıda ortada qalan 2 milyon manatlıq sərvət: İki iş adamı üz-üzə

Space Tv-də Amil Xəlilin təqdimatında yayımlanan “Olar? Olmaz!” verilişində inanılmaz anlar baş verib.
XALQ.AZ xəbər verir ki, “Cənnət Park” MTK-nın direktoru Qənbər Fətullayevin şəriki ona küllü miqdarda pul borclu olub. Ona borclu olan adam dünyasını dəyişib. Borular da mərhum şərikə aid olduğu üçün onun yaxınları etibarnamə əsasında borc pulun əvəzinə boruları Qənbər bəyə verib.
Bir müddət sonra “Biləcəri təmir quraşdırma” QTSC-nin rəhbəri Nazim Talıbov məhkəməyə müraciət edir ki, borular onundur.
Bununla əlaqədar məhkəmələr prosesi keçirilir. Sonda boruların Qənbər bəyə aid olması təsdiqini tapır. Hətta malın xüsusi mühafizə məntəqəsində yerləşdirilməsi də qətnamədə qeyd edilib. Az sonra qarşı tərəf boruların köçürülməsinə qarşı çıxıb. Qətnamədə boruların hansı əraziyə köçürülməsi göstərilməyib.
İcraçılar qeyd edir ki, məhkəmə ünvan göstərmir, sadəcə, “yerləşdirilməlidir” yazıb. Mübahisə də məhz bunun üstündədir ki, ərazi göstərilməyib. Əraziya bəzi QHT və İB-lərin rəhbərləri də gəlib.
Teleaparıcı bəzi jurnalistləri də sərt tənqid edib: “Həmkarlarımın həmkardan kənar hərəkətləri, sanki Nazim bəyin həmkarı kimi davranmaları da gözümdən qaçmadı. Axı bizlər tərəf saxlamalı deyilik. Axı bizlər bu cür məsələlərdə xalaoğlu obrazında olmamalıyıq. Əlimizi cibimizə deyil ürəyimizə qoymalıyıq…”
Vəziyyətin gərginləşdiyini görən icra nümayəndələrinin ardınca əraziyə Daxili İşlər Nazirliyinin əməkdaşları, Qaradağ rayon icra şöbəsinin rəis və o cümlədən müavini Oqtay Hüseynovda gəlib. Amma hələ ki, icra prosesi baş tutmayıb.
Qeyd edək ki, bu boruların qiyməti 2 milyon manatdan çoxdur.

Orxan