media-afs

Məlumata görə, Bakıda psixoloq və spiritual təlimçi kimi fəaliyyət göstərən Əfsanə Qasımlının bir neçə gün öncə “şəfalanma” adı ilə keçirdiyi seans böyük əks-səda doğurub. Ona inananlar olsa da, tənqid edərək haqqında müxtəlif iddialar səsləndirənlər, fəaliyyətini qanuni hesab etməyənlər də az deyil.

Həyat ,bədən yaralarını yaşantılarını ruhun verdiyi reaksiyalarla ölçür .  Eşitdiyimə görə el arasında mənə ruhları sağaldan həkim deyirlər 🤔❤️ Bəs  siz necə adlandırmısınız ? Hansı yerə qoymusunuz həyatınızda bizim ailəmizi  ? ❤️

XALQ.AZ Yenisabah.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə sorğu ünvanlanıb. AEM-dən sorğumuza cavab olaraq bildirilib ki, bu cür seans və fəaliyyətlər klinika daxilində olmadığı halda, Səhiyyə Nazirliyi tərəfindən tənzimlənmir:

“ “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının 7 dekabr 2018-ci il tarixli Qanununa müvafiq olaraq psixoloji yardımın göstərilməsi psixoloji yardım göstərmək hüququ olan psixoloq və ya klinik (tibbi) psixoloqlar tərəfindən göstərilir.

Qasımlı Əfsanə (@azer.1na) • Threads, Say more

Mülkiyyət növündən asılı olmayaraq tibb müəssisələrində psixoloji yardım klinik (tibbi) psixoloqlar tərəfindən həyata keçirilir. Klinik (tibbi) psixoloqlar tibb müəssisələrində psixoloji yardım göstərmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) ixtisas attestatı almalıdırlar. Klinik psixoloji yardım göstərilməsi zamanı klinik (tibbi) psixoloq tərəfindən dərman preparatlarının təyini, o cümlədən insan orqanizmini mexaniki və ya digər təsirlərə (cərrahiyyə, lazer, ionlaşdırıcı şüa, ultrasəs, elektrokonvulsiv terapiya) məruz qoyan müalicə üsullarından istifadə edilməsi qadağandır.

Tibb müəssisələrində psixoloji yardımın göstərilməsinə nəzarət tibb müəssisəsinin rəhbərliyi və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanlar (qurumlar) tərəfindən həyata keçirilir.

“Psixoloji yardım haqqında” qanunun tələblərinin pozulmasına görə şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində müəyyən edilmiş hallarda məsuliyyət daşıyırlar.

Ölkədə fəaliyyət göstərən özəl psixoloji mərkəzlərin həyata keçirdikləri psixoloji ixtisas üzrə işlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli 206 nömrəli Qərarı ilə təsdiq olunan “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”nda olmadığı üçün Səhiyyə Nazirliyini və tabeliyində olan qurumlar tərəfindən nəzarət edilmir. Lakin belə psixoloji mərkəzlərdə hər hansı bir tibbi fəaliyyətin həyata keçirilməsinə dair fakta əsaslanan vətəndaş və yerli dövlət özünüidarəetmə orqanlarından daxil olan rəsmi müraciətlər olarsa, həmçinin də media tərəfindən yayımlanan real tibb fəaliyyətinə əsaslanan hallarda Səhiyyə Nazirliyi və tabeliyində olan aidiyyəti qurumlar tərəfindən qanunvericiliklə müəyyən olunan qaydada uyğun nəzarət tədbirlərinin həyata keçirilir.

Bakıda pasiyentləri yerə yıxaraq, ağladan kimdir? - Video | KONKRET

O ki, qaldı hansısa fırıldaqçıların kütləvi fəaliyyətinə, bu faktların araşdırılması hüquq-mühafizə orqanlarının səlahiyyətinə daxildir”.

 


media-ads728x90

Bənzər xəbərlər