Bakıda intihar -Video

Dünən saat 21 radələrində Bakının Binəqədi rayonu, S.S.Axundov küçəsi 31/23 ünvanında intihar edən keçmiş rəis müavini Ramiz Quliyevin öldüyü anı əks etdirən videogürüntünü əldə etmişik.

Qeyd edək ki, R.Quliyev polis orqanlarında müxtəlif vəzifələrdə çalışıb, Nəsimi Rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsinin rəis müavini olub.
Onun intihar anını əks etdirən götüntüləri təqdim edirik: (teleqraf.com)
*******
Daxili İşlər Nazirliyi (DİN) keçmiş polis əməkdaşının özünü binadan ataraq intihar etməsi barədə məlumatlara münasibət bildirib.
Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə APA-ya açıqlamasında bildirib ki, Ramiz Quliyev vaxtı ilə polis orqanlarında çalışıb:
“Lakin o, Nizami rayon Polis İdarəsində deyil, Nəsimi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsində rəis müavini vəzifəsində çalışıb.
O, hələ xidmət etdiyi müddətdə sağlamlığında, daha doğrusu psixikasında yaranmış problemlərlə əlaqədar 2010-cu ildə daxili işlər orqanlarından xaric olunub. Yeddi il əvvəl polis orqanlarında xidmətdən xaric olunmuş bir şəxsi polis əməkdaşı kimi təqdim etmək düzgün yanaşma deyil”.