Bakıda “Prado” aşdı

prado

Aeroport yolunda “Prado” markalı avtomobil aşıb.

Axşam saatlarında Bakıda avtomobilin aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə aeroport yolunun Sabunçu rayonu ərazisindən keçən hissəsində baş verib. Məlumata görə, “Prado” markalı avtomobil sürücünün idarəetməni itirməsi nəticəsində aşıb.

Faktla bağlı araşdırma aparılır