Bakıda qəza törədən sürücü öldü

qeza

Bakıda bir nəfərin ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Sabunçu rayonunda baş verən qəza zamanı 42 yaşlı Mustafayev Rafael Şahin oğlu idarə etdiyi “Mercedes” maraklı minik avtomobili ilə Bakıxanov qəsəbəsi Səməd Bəy Mehmandarov küçəsində hərəkətdə olub. Lakin sürücünün yüksək sürət seçimi sonda avtomaşının nəzarətdən çıxmasına səbəb olub.

Nəticədə idarətməni itirən sürücü maşını ilk əvvəl işıq dirəyinə daha sonra isə ağaclara çırpıb. Zərbənin təsirindən bir neçə dəfə dövrə vuran Bakıxanov qəsəbəsində yalnız yol kənarında park edilən “Zil” maraklı yük maşınına dəydikdən sonra dayanıb.

Qəza nəticəsində “Mercedes”in sürücü aldığı xəsarətlərdən elə hadisə yerində keçinib. Ərtafdakı insanlar onun cansız bədənini maşından çıxarmaq istəsələr də buna nail ola bilməyiblər. Səbəb isə, maşının deformasiyaya uğraması olub. Yalnız əraziyə çağırılıan xilsedicilərin səyi nəticəsində sürücü Rafael Mustafayevin meyiti sıxışıb qaldığı yerdən çıxarılıb.

Yol nəqliyyat hadisə ilə bağlı Sabunçu rayon polis idarəsində araşdırmalara başlanılıb. Qəzaya səbəb kimi sürət həddinin aşılması və sürücünü yol hərəkəti qaydalarını pozması göstərilir.