Bakıda qanlı hadisə

 

31

Oktyabrın 9-na keçən gecə Bakıda bıçaqlanma hadisəsi baş verib.

Suraxanı rayon Polis İdarəsindən verilən məlumata görə, Əmircan qəsəbəsindən Xanukurov Yevgeni Vladimiroviç qarın nahiyəsindən aldığı kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.

Araşdırmalar zamanı onun sərxoş halda olduğu və özü-özünü bıçaqladığı məlum olub.

Araşdırmalar davam etdirilir.