Bakıda qeyri-adi evlənmə təklifi-Video

Bakıda daha bir qeyri-adi evlilik təklifi olub.

XALQ.AZ xəbər verir ki, gənc oğlan krana çıxaraq, binanın balkonundan sevgilisinə evlənmə təklif edib.

Sevgilisi onun təklifinə “hə” cavabı verəndən sonra oğlan pəncərədən dördüncü mərtəbədə yerləşən evə daxil olub. Oğlanın bu hərəkəti qonşular tərəfindən müsbət dəyərləndirilib və alqışla qarşılanıb.

Qeyd edək ki, görüntüləri oğlanın dostu lentə alıb.

 

Orxan